DİM: 1 nəfər imtahandan xaric olundu
Gündəm
Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
News24.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.