Dostu: "Cabir həmişə sağlam, gümrah insan olub"
Gündəm
"Ən yaxın dostumu, qardaşımı itirmişəm".
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əməkdar artist Cabir İmanovun dostu Ramil Qasımov deyib.
"Mənim üçün çox çətindir. Bir sənət yoldaşı, dostu kimi deyə bilərəm ki, bu gün bizim ən kədərli günümüzdür. Milyonlarla insanı güldürən əziz, doğma insanın yaxınları bu gün ağlayırlar. Mən onun yaxınlarına səbir diləyirəm. Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Cabir İmanov Azərbaycan mədəniyyətində, incəsənətində öz imzasını atmış sənətkar idi. Biz hamımız uşaqlıq illərindən onun çıxışlarını, yumorunu izləmişik, üzümüzdə təbəssüm yaranıb. Bu gün isə göz yaşlarımızı saxlaya bilmirik".
"Cabir həmişə özünə baxan, sağlam, gümrah insan olub", - deyə o əlavə edib.
Nilufər