Doğub, törəyib, sonra da “Pulumu verin!” deyə qışqırmayın - Mir Şahin
Gündəm
Tanınmış jurnalist, "REAL TV"nin rəhbəri Mir Şahin Ağayev “uşaq pulu” ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrə sərt reaksiya verib. O, yazıçı Kamal Abdulla və deputat Günay Ağamalının açıqlamalarına görə sosial şəbəkələrdə hədəfə alınmasını tənqid edib.
News24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Mir Şahin bildirib ki, rəqəmsal platformalarda fərqli fikir bildirən şəxslər təhqir və təzyiqlə üzləşirlər. Onun sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçiləri “uşaq pulu” mövzusunu populist müzakirə predmetinə çeviriblər.
"Real TV"nin rəhbəri qeyd edib ki, Azərbaycanda qlobal əhəmiyyətli tədbirlər keçirildiyi bir vaxtda sosial şəbəkələrdə “bəsit və aqressiv müzakirələrin” aparılması narahatlıq doğurur.
“Bu iki şəxsdən biri cəmiyyətdə, ailədə qadının rolu haqqında danışıb, o biri isə xüsusilə populistlərin gündəmini zəbt edən “uşaq pulu” mövzusuna toxunub. Və dərhal da hər iki şəxsə sosial şəbəkələrdə linç qurulub. Doğub, törəyib, sonra da “Pulumu verin!” deyə qışqırmayın", - deyə o bildirib.
Mir Şahinin paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.