Dövlət Bağçalıdan təyyarə qəzasından sonra açıqlama: "Bütün ehtimallar..."

Dövlət Bağçalıdan təyyarə qəzasından sonra açıqlama: "Bütün ehtimallar..." Gündəm

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verib.

News24.az-ın məlumatına görə, Bağçalı baş verən hadisəni böyük milli faciə adlandıraraq qəzanın bütün aspektlərinin araşdırılacağını bildirib:

“Bu faciəvi və acı hadisə, şübhəsiz ki, hərtərəfli şəkildə araşdırılacaq. Hər bir ehtimal diqqətlə dəyərləndiriləcək. Bizim gözləntimiz və arzumuz da məhz budur".

MHP lideri həmçinin rəsmi açıqlamalar verilmədən yayılan iddiaların və fərziyyələrin yanlış istiqamətləndirmələrə səbəb ola biləcəyini vurğulayıb:

“Rəsmi açıqlama ictimaiyyətlə paylaşılmadıqca və qəzanın səbəbləri dəqiq müəyyən edilmədikcə, yayılan hər iddia və fərziyyə etibarsız sayılmalıdır. Özünü mütəxəssis kimi təqdim edən bəzi məsuliyyətsiz şəxslərin yanlış məlumatlar yayması, gərginlik yaratmaq cəhdləri qəbuledilməzdir".