Dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanıldı
Gündəm
Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin iyun ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Onların 8-i Azərbaycan, 5-i İran, 2-si Əfqanıstan, 6-sı Nigeriya vətəndaşı оlub. Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb.
Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 25 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.