“Dövlət tədbirlərində iştirak üçün ortaya sənət qoymaq lazımdır” – Şeyx Əbdüldən qalmaqallı açıqlama
Gündəm
Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyli bir qrup sənət adamının Mədəniyyət Nazirliyindən narazılığına münasibət bildirib.
News24.az xəbər verir ki, dövlət tədbirlərinə hər dəfə eyni adamların dəvət oldunduğu, bir qism sənət adamının isə bu tədbirlərdən kənarda saxlandığı barədə iddialara toxunan Ə.Mahmudbəylinin sözlərinə görə, həmin tədbirlərdə iştirak üçün ortaya sənət qoymaq lazımdır:
"Narazılıq edənlər şou adamları, toy müğənniləridir. Dövlət tədbirlərində iştirak üçün ortaya sənət qoymaq lazımdır. Bu tədbirlərdə Alim Qasımov, Mənsum İbrahimov, Gülyaz və Gülyanaq Məmmədovlar və sənətdə özünü təsdiq edən başqa müğənnilər çıxış edirlər. Tədbirlərdən kənarda qalanlar isə fonoqramla oxuyan, səsi olmayan adamlardır. Deyirlər, biz neçə ilin sənətçisiyik. Televiziyaya çıxırıq. Sən televiziyaya necə çıxırsan, bunu hamı bilir".