Xətainin abidəsinin postamenti üzərindəki yazı araşdırılır

Xətainin abidəsinin postamenti üzərindəki yazı araşdırılır Gündəm

Şah İsmayl Xətainin Bakıdakı abidəsinin postamentinin üzərindəki lövhədəki əlavə yazı məsələsi araşdırılır.

Bu barədə News24.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, paytaxtın Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

Dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan hər hansı əlavə yazı, element və ya müdaxilənin edilməsi yolverilməzdir. Belə müdaxilələr abidənin bədii-estetik görünüşünə xələl gətirməklə yanaşı, onun mahiyyətinin, tarixi və mədəni əhəmiyyətinin təhrif olunmasına səbəb olur".

Bildirilib ki, heykəlin postamentinin üzərindəki lövhədə yer alan sözügedən yazının əlavə edilməsi məsələsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırılır:

"Eyni zamanda məsələ müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert Komissiyası çərçivəsində ətraflı şəkildə nəzərdən keçiriləcək. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək".

Qeyd edək ki, sosial mediada sözügedən abidənin üzərində müəllifin abidəni ailə üzvlərinə həsr etməsi ilə bağlı qeydi müzakirələrə səbəb olub.

Xətainin abidəsinin postamenti üzərindəki yazı araşdırılır Xətainin abidəsinin postamenti üzərindəki yazı araşdırılır