“İdrak”ın rəhbəri o SİRRİ AÇDI: “Hadisədən sonra xarici ölkədən zəng gəlib”
Gündəm
“İdrak” liseyinin rəhbəri Mönsüm Alışovun şagirdin müəllimi güllələməsi haqda verdiyi açıqlamalar ictimaiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, o, əvvəlcə hadisənin baş verdiyini təsdiqləsə də, sonradan ciddi bir şey olmadığını bildirib və media nümayəndələrini yalan xəbər yaymaqda ittiham edib.
News24.az xəbər verir ki, Globalinfo.az məsələ ilə bağlı Mönsüm Alışovla əlaqə saxlayıb.
O, bəzi saytları və sosial şəbəkə istifadəçilərini yanlış məlumat yaymaqda ittiham edib.
“Yazırlar ki, guya müəllim ölüb. Şükür Allaha, sağdır, vəziyyəti də yaxşıdır. Tədris davam edir, xəbər yayırlar ki, liseydə silahlı hücum olub. Niyə bilmədən səhv məlumat yayırlar axı?