DSX generalı yüksək vəzifəyə təyin edildi

DSX generalı yüksək vəzifəyə təyin edildi Gündəm

Dövlət Sərhəd Xidmətində (DSX) yüksək vəzifələrə yeni təyinatlar olub.

Bununla bağlı müvafiq əmrlər imzalanıb.

Vəzifədə irəli çəkilənlərdən biri də general-mayor Azad Abdullayevdir. General DSX-nin Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi təyin edilib.

“Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş A. Abdullayev bu təyinata qədər diviziya komandiri kimi xidmət göstərib.//“Qafqazinfo”