Dua Lipanın bu fotosu saxta çıxdı
Gündəm
Türk aktyor Çağlar Ərtuğrul sosial mediada paylaşdığı fotoda Dua Lipanın “Qalatasaray” şarfı taxdığı görünüb.
News24.az xəbər verir ki, şəkil sürətlə yayılıb, amma qısa müddət sonra saxta olduğu məlum olub.
Fotoda “Qalatasaray”ın 2:1 üstünlüyü göstərilsə də, oyun “Mançester Siti”nin 2:0 hesablı qələbəsi ilə bitib. Bundan başqa şəkil matçdan 17 saat əvvəl hazırlanıb.
Çağlar Ərtuğrul bu fotonu İnstaqramda 3,3 milyon izləyicisi olan hesabından heç bir açıqlama əlavə etmədən paylaşmışdı.