Dünya Kuboku 2026 oyunları: Bilet qiymətləri mübahisə yaratdı

Dünya Kuboku 2026 oyunları: Bilet qiymətləri mübahisə yaratdı Gündəm

Dünya Kuboku 2026 oyunları başlamamış biletlərin qiymətləri ciddi müzakirələrə yaradıb.

News24.az xəbər verir ki, final matçı üçün MetLife Stadionunda bəzi biletlərin qiyməti təkrar satışda 2,3 milyon dollara qədər qalxıb. Halbuki onun rəsmi qiyməti təxminən 10.990 dollar idi.

FIFA təkrar satış platformasında hər əməliyyatdan 15% komissiya alır ki, bu da gəlirlərin artmasına səbəb olur.

Yarımfinal və qrup mərhələsi oyunlarında da oxşar qiymət artımları qeydə alınıb. Ekspertlər bu vəziyyətin turniri “yalnız varlı azarkeşlər üçün” əlçatan edə biləcəyini bildirirlər.