Dünyada qorxulu virus yayılır: Azərbaycanda yoluxma qeydə alınıb? - RƏSMİ
Gündəm
Azərbaycanda hantavirus infeksiyası ilə bağlı vəziyyət açıqlanıb.
News24.az xəbər verir ki, Səhiyyə Nazirliyindən bildirilib ki, ölkə ərazisində hantavirusa şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.
Qeyd olunub ki, bu virus Azərbaycanda endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət onun yayılma riskinin aşağı olduğunu göstərir.
Nazirliyin məlumatına görə, hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxur. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan ərazilərdə yaranır.
Profilaktik məqsədlə əhaliyə sanitar-gigiyenik qaydalara riayət etmək, gəmiricilərin məskunlaşmasının qarşısını almaq, deratizasiya tədbirləri görmək, köhnə və uzun müddət istifadə olunmayan yerlərdə təmizlik zamanı qoruyucu vasitələrdən istifadə etmək və birbaşa təmasdan çəkinmək tövsiyə olunub.
Hazırkı epidemioloji vəziyyətin nəzarətdə saxlanıldığı və əhali üçün narahatlıq doğurmadığı vurğulanıb. (Trend.az)