Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi Gündəm

Tərtər rayonuna yeni prokuror təyin edilib.

News24.az xəbər verir ki, baş prokuror Kamran Əliyev bununla bağlı müavifiq Əmr imzalayıb.

Əmrə əsasən, respublika hərbi prokurorunun sabiq müavini ədliyyə general-mayoru Fuad Məmmədov rayona prokuror göndərilib.

Qeyd edək ki, Tərtərin əvvəlki prokuror Əli Qurbanov bir neçə gün əvvəl eyni rayonun hərbi prokuroru təyin olunub. (qafqazinfo)