Əfqan Sadıqov azadlıqdadır

Əfqan Sadıqov azadlıqdadır Gündəm

Jurnalist Əfqan Sadıqov bu gün Gürcüstan məhkəməsinin qərarı ilə Azərbaycana deportasiya olunub.

News24.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat yayıb.

O, Əfqan Sadıqovun hələlik azadlıqda olduğunu bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda Azel TV-nin direktoru Əfqan Sadıqova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb. O, ölkədə olmadığı üçün beynəlxalq axtarışa verilib. 2023-cü ildə ailəsi ilə birlikdə Gürcüstana gedib və orada məskunlaşıb. Sadıqov ötən ilin avqustunda Tbilisidə həbs edilib. Azərbaycan hüquq-mühafizə orqanları Sadıqovun Gürcüstandan ekstradisiyasını tələb edib. Gürcüstan məhkəməsi onu bu ilin aprelində azadlığa buraxıb.