Əfv Sərəncamının icrası başa çatdı – YENİLƏNDİ

Əfv Sərəncamının icrası başa çatdı – YENİLƏNDİ Gündəm

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrası təmin edilib.

Bu barədə News24.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, m“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2026-cı il tarixli Sərəncamı Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələrinin və media təmsilçilərinin iştirakı ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki müxtəlif rejimli cəzaçəkmə müəssisələrində, habelə alternativ cəzaların icrasını təmin edən Ədliyyə Nazirliyinin Probasiya xidməti üzrə tam təmin edilib.
Əfv sərəncamı 20 şəxsə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 19 nəfər (onlardan 5-i əcnəbidir), azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

***14:22

Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamının icrasına başlanılıb.

News24.az xəbər verir ki, sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunmağa başlayıb.

Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.