Ehtiram Əliyev Fəxri Xiyabanda dəfn olunacaq
Gündəm
Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra bu gün, 54 yaşında vəfat edib.
News24.az bildirir ki, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.
O, Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsində müalicə alırdı. Ona xroniki ürək çatışmazlığı, ağciyər ödemi və anemiya diaqnozları qoyulmuşdu.