Ehtiyatda qalan Koxalski ona yaxınlaşan azarkeşlərə qəzəbləndi - VİDEO
Gündəm
“Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev” üzərində 2:0 hesablı qələbəsindən sonra maraqlı an yaşanıb.
News24.az xəbər verir ki, “Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski matçdan sonra stadionu avtomobillə tərk edərkən azarkeşlər ona yaxınlaşıblar. Futbolçu isə bu hərəkətlərinə görə yeniyetmə azarkeşlərə qəzəblənib.
Qeyd edək ki, Ağdam təmsilçisinin qapıçısı Koxalski qarşılaşmada ehtiyatda qalıb. Onun əvəzinə yeni transfer olunan qapıçı Martin Zlomisliç start heyətində meydana çıxıb.