“Əkinçi”nin 150 illiyi: - "News24.az" mükafatlandırıldı

“Əkinçi”nin 150 illiyi: - "News24.az" mükafatlandırıldı Gündəm

Xətai rayonunda Azərbaycan milli mətbuatının təməlini qoyan “Əkinçi” qəzetinin 150 illiyinə həsr olunmuş tədbir keçirilib. 

News24.az xəbər verir ki, tədbirdə şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib və mətbuatın tarixi əhəmiyyəti vurğulanıb.

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, media rəhbərləri, ziyalılar və tanınmış jurnalistlər iştirak ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə medianın rolu, Prezident İlham Əliyevin informasiya mübarizəsindəki nümunəvi fəaliyyəti önə çəkilib.

Tədbirin əsas hissəsində “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusu və “Babək” filmindəki orijinal libasın nümayişi xüsusi maraqla qarşılanıb.

Sonda milli mətbuatın inkişafına töhfə verən jurnalistlər və media qurumları “Əkinçi” mükafatı ilə təltif olunublar. News24.az xəbər portalı da bu əlamətdar gündə fəaliyyətinə görə “Əkinçi” mükafatına layiq görülüb.

News24.az