"Elə bir ölkə yoxdur ki, orada mənzillər subsidiyasız tikilsin"

"Elə bir ölkə yoxdur ki, orada mənzillər subsidiyasız tikilsin" Gündəm

Ümumdünya Şəhərsalma Forumunda aparılan müzakirələr bizim üçün başlanğıc nöqtəsidir.

News4.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, evlər və mənzillər çox bahadır: "Əslində, bütün ölkələrdə vəziyyət oxşardır. Belə olan halda müəyyən güzəştlər və subsidiyalar mövcud olmalıdır. Demək olar, elə bir ölkə yoxdur ki, orada mənzillər subsidiyasız tikilsin. Məhz buna görə hökumət dəstək göstərməlidir.

Biz yaşayış məntəqələrini ictimai nəqliyyat sisteminə yaxın şəkildə planlaşdırmalıyıq. Həmin ərazilərdə ictimai obyektlər də olmalıdır. Bununla yanaşı, yerli vergi sistemləri formalaşdırılmalıdır. Bizim əsas strateji planlarımız bunlardır. Bütün bunların həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlıq da olduqca vacibdir".