Əli Əsədov qərar imzaladı
Gündəm
Nazirlər Kabineti "Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və "Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları"nın təsdiq edilməsi haqqında" 9 fevral 2024-cü il tarixli qərarında dəyişiklik edib.
News24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, "Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib.