Əlisəmid Kürün vəziyyəti ağırlaşdı, xəstəxanadan evə aparıldı
Gündəm
"Əlsəmid Kürü itirə bilərik! Bəlkə də son günlərini yaşayır".
News24.az xəbər verir ki, bunu tanınmış jurnalist Rey Kərimoğlu sosial şəbəkədə yazıb.
Bildirib ki, şairin vəziyyətində dəyişiklik olmadığı üçün ailəsi onu evə aparıb.
Qeyd edək ki, şairin ailəsi də mediaya eyni məzmunda açıqlama verib. Bildiriblər ki, Əlisəmid Kür hazırda evdədir və vəziyyəti ağırdır.
Xatırladaq ki, Əlisəmid Kür sentyabrın 15-dən səhhətində yaranan problemlərə görə Respublika Diaqnostika Mərkəzinin reanimasiyasında müalicə alırdı.