Elvin Cəfərquliyev yenə gündəm oldu - Bu dəfə görün, nə etdi

Elvin Cəfərquliyev yenə gündəm oldu - Bu dəfə görün, nə etdi Gündəm

Xəbər verdiyimiz kimi, ötən gün Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turuna yekun vurulub. Turun ikinci oyun günündə keçirilən 9 qarşılaşmadan biri Bakıda baş tutub.

News24.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Almaniyanın “Ayntraxt” klubunu qəbul edib və gərgin mübarizə şəraitində keçən oyunda 3:2 hesablı qələbə qazanıb.

Qarşılaşmadan sonra isə maraqlı və diqqətçəkən an yaşanıb. “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev meydançada mikrofonu götürərək son günlər “TikTok”da trendə çevrilən ifadəni ucadan səsləndirib.

Elvin Cəfərquliyevin bu hərəkəti həm stadionda, həm də sosial mediada müzakirə mövzusuna çevrilib.

Bir çox istifadəçi bunu komandanın qələbə sevincinin səmimi ifadəsi kimi dəyərləndirib.