Emin Əmrullayev "Son Zəng"lə bağlı paylaşım etdi

Emin Əmrullayev "Son Zəng"lə bağlı paylaşım etdi Gündəm

Elm və təhsil naziri Emin Əmrullayev məzunları "Son zəng" münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, Emin Əmrullayev sosial media hesabında paylaşım edib.

“Əziz məzunlar,

Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnız bilik deyil, həm də dəyərlər və həyatda doğru seçimlər etmək bacarığı qazandırdı. Bu yolda sizə böyük fədakarlıqla yol göstərən dəyərli müəllimlərimizə, övladlarının hər uğur və çətinliyində yanlarında olan əziz valideynlərimizə təşəkkür edirəm.

Müasir və güclü Azərbaycanın gələcəyi sizin bilik, bacarıq və intellektinizdən asılıdır. İnanıram ki, seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz ölkəmizin inkişafına dəyərli töhfə verəcəksiniz.

Əziz məzunlar, sizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!”