Ərdoğan və Zelenskinin görüşü - VİDEO
Gündəm
Rusiya mayın 10-da diplomatik çağırışlara cavab verib, Türkiyəyə müraciət edib və danışıqlara başlanmasını istəyib.
bundan sonra Ukrayna prezidenti Vladimir Zelenski də gecikmədən cavab verib və Rusiya prezidenti Vladimir Putini İstanbulda üzbəüz görüşə dəvət edib.
Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya gəlib.
Sülh danışıqları bu gün Türkiyənin ev sahibliyi ilə İstanbulda keçiriləcək.
Rusiya nümayəndə heyəti Türkiyəyə gəlib
İstanbul danışıqlarında iştirak edəcək Rusiya nümayəndə heyəti də Türkiyəyə gəlib. Rusiya prezidenti Putin danışıqlarda Rusiyanı təmsil edəcək adları təsdiqlənib.
Müvafiq olaraq, Rusiya nümayəndə heyətinə Putinin müşaviri Vladimir Medinski başçılıq edəcək. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargah Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.
Ukraynanı təmsil edəcək adlar açıqlanıb
Ukrayna mətbuatında çıxan xəbərlərə görə, İstanbulda Prezident Dolmabahçe Ofisində keçiriləcək danışıqlarda Ukraynanı təmsil edəcək adlar açıqlanıb.
Nümayəndə heyətinə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak, Ukraynanın müdafiə naziri Rustem Umerov, Ukrayna prezidentinin müşaviri İqor Yovkva və bir çox digər rəsmi şəxslər daxildir.
Günel Məlikzadə