Ərdoğandan tarixi cümlə...

Ərdoğandan tarixi cümlə... Gündəm

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan Məhəlləsi”nin açılış mərsimində iştirak edib.

News24.az-ın məlumatına görə, qardaş ölkə lideri Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mərasimdən birgə foto paylaşıb.

Ərdoğan fotonu bu cümlə ilə ifadə edib:

“Eyni bayrağın kölgəsi altında dua edən, bir səcdədə göz yaşı tökən, eyni istiqlal uğrunda canlarını fəda edən bir millətin tək ürəkli övladlarıyıq. Könül ruhdan, Türkiyə Azərbaycandan ayrıla bilərmi?..”