Ərdoğanın nəvəsinin bu çıxışı gündəm oldu - VİDEO

Ərdoğanın nəvəsinin bu çıxışı gündəm oldu - VİDEO Gündəm

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın nəvəsi Ömər Tayyib Ərdoğanın Bosfor Diplomatiya Forumundakı çıxışı maraqla qarşılanıb.

News24.az xəbər verir ki, Ömərin tədbir iştirakçıları qarşısında ilk çıxışı zamanı özünəinamlı və yetkin davranışları tamaşaçıların diqqətini çəkib.

Gənc Diplomatiya Assosiasiyasının vitse-prezidenti olan Prezidentin nəvəsi çıxışında qlobal məsələlərdə gənc siyasətçilərin rolunu xüsusilə vurğulayıb.

Sosial şəbəkələrdə onun çıxışına rəy bildirən şəxslər yaxın gələcəkdə peşəkar siyasətçi kimi siyasi meydanlarda olacağını deyiblər.

Qeyd edək ki, 18 yaşlı Ömər Tayyib Ərdoğan Nəcməddin Bilal Ərdoğan və Reyyan Uzuner cütlüyünün övladıdır.

Həmin görüntüləri təqdim edirik: