Ermənistan Baş Prokurorluğu Nəsimi Musayevlə bağlı məlumat yaydı
Gündəm
Ermənistanın Şəki kəndində saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev barəsində cinayət işi məhkəməyə göndərilib.
News24.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, noyabrın 13-də Musayevlə bağlı ilkin istintaq başa çatıb və ittiham aktı ilə birlikdə iş prokurora təqdim olunub.
Hazırda iş məhkəməyə göndərilib.