Ermənistanda yoxladılar – Azərbaycan benzini tam standartlara uyğundur
Gündəm
Azərbaycandan idxal olunan benzinin keyfiyyəti ilə bağlı heç bir problem aşkar edilməyib.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın Bazar Nəzarəti üzrə Təftiş Orqanının rəhbəri Armen Kotolyan bildirib.
Onun sözlərinə görə, idxal edilən partiyalardan götürülmüş yanacaq nümunələri Ermənistanın Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laborator müayinələrdən keçirilib. Nəticələr göstərib ki, benzinin keyfiyyəti Avrasiya İqtisadi İttifaqının (Aİİ) texniki tələblərinə uyğundur.
“Keyfiyyət baxımından heç bir pozuntu qeydə alınmayıb. Bununla yanaşı, yanacaqdoldurma məntəqələrində aparılan yoxlamalar zamanı satılan yanacağın mənşə ölkəsi müəyyən edilmir”, — deyə Kotolyan qeyd edib. /Sputnik Ermənistan