Faciəvi qəzada vəfat edən Zəhranın məzarı - FOTO
Gündəm
Tanınmış vəkil Fərhad Mehdiyevin iyun ayının 16-da ağır yol qəzasında vəfat edən qızı dəfn olunub
News24.az xəbər verir ki, 17 yaşlı Zəhra Mehdizadə ötən gün Xırdalandakı qəbiristanlıqda torpağa tapşırılıb.
Qeyd edək ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakıda motosiklet idarə edən yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.
Məlumatda bildirilib ki, nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan motosiklet sürücüsü 17 yaşlı Zəhra Mehdizadə mövcud şəraiti vaxtında qiymətləndirə bilməyib və gəldiyi sürətlə də avtomobilə çırpılıb.
Vəkil Fərhad Mehdiyev isə açıqlamasında qızının faciəvi ölümündə əsas səbəbkar kimi Bakı - Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobili göstərib.