Fatimənin nəşi Azərbaycana gətirilir
Gündəm
Xəbər verdiyimiz kimi, Rusiyanın Ukraynanın Xarkov şəhərinə endirdiyi hava zərbəsi nəticəsində həlak olan 23 yaşlı azərbaycanlı tələbə Fatimə Hüseynova nəşi Azərbaycana yola salınıb.
News24.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib.
Xartırladaq ki, hadisə günü o, diplomunu almaq üçün Xarkova gedibmiş.
Məlumata görə, Fatimə tələbə yoldaşı Ada ilə birlikdə məzuniyyət geyimində şəkil çəkdirərkən hava zərbəsinə tuş gəlib.