Flora Kərimovanın son durumu açıqlandı
Gündəm
Xalq artisti Flora Kərimova yaxşıdır, evindədir.
News24.az xəbər verir ki, bu barədə Kult.az-a açıqlamasında sənətkarın köməkçisi Əli Davud deyib.
“Hər şey qaydasındadır. Həmişəki kimi müalicəsini davam etdirir. Müayinə üçün xəstəxanaya gedib-gəlir. Səhhəti nəzarət altındadır”, - o bildirib.
Qeyd edək ki, dünən səhər saatlarında xalq artistinin səhhəti pisləşib və müğənni üçün Təcili Tibbi Yardım briqadası çağırılıb. İfaçıya yerində ilkin tibbi yardım göstərilib.