Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı Gündəm

“Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq”.

News24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.

“Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın”, - dövlət başçısı vurğulayıb. /Qafqazinfo/