Gəmi qəzası ilə bağlı saxlanılan azərbaycanlılar həbs edildilər

Gəmi qəzası ilə bağlı saxlanılan azərbaycanlılar həbs edildilər Gündəm

Şimali Kipr Türk Respublikasında (ŞKTR) 30 avqustda Girne sahillərində baş verən gəmi qəzası ilə bağlı istintaq çərçivəsində 89 gün polis nəzarətində saxlanılan doqquz şübhəli gətirildikləri məhkəmə tərəfindən həbsxanaya göndərilib.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, aralarında 3 Azərbaycan vətəndaşı olan şəxslər barəsində 3 ay müddətinə həbs-qətiimkan tədbiri seçilib.

Müvafiq gəmiçilik şirkətinin direktoru, gəmi kapitanları, mühəndislər və heyət üzvləri də daxil olmaqla 9 şübhəli 89 gündür ki, polis nəzarətində saxlanılırdı.

Məhkəmənin qərarında ekspert rəylərinin, şübhəlilərin məsuliyyətlərinin və onların məhkəmədən qaçma ehtimalının və ya sübutların saxtalaşdırılmasının nəzərə alındığı qeyd edilib.