Gənc sahibkarların ən yaxşı layihələri müəyyənləşdi

Gənc sahibkarların ən yaxşı layihələri müəyyənləşdi Gündəm

“MiniBoss Business School Baku”nun təşkilatçılığı ilə 6–17 yaşlı uşaq və yeniyetmələr arasında Startaplar üzrə Milli Çempionat uğurla baş tutub.

News24.az xəbər verir ki, çempionatda 20 komanda iki əsas istiqamət üzrə — SIFE (Startups in Innovative Free Entrepreneurship) və SAGE (Startups for the Advancement of a Global Environment) kateqoriyalarında mübarizə aparıb. İştirakçıların layihələri Mənfəətlilik, innovativlik, mediada işıqlandırılma, münsiflər heyətinin suallarına cavab vermə bacarığı kimi meyarlar əsasında qiymətləndirilib.

Qeyd edək ki, SIFE kateqoriyası sərbəst sahibkarlıq və biznesyönümlü startapları, SAGE kateqoriyası isə cəmiyyətə və ətraf mühitə fayda verməyi hədəfləyən sosial layihələri əhatə edir.

Çempionatın yekun nəticələrinə əsasən, hər iki kateqoriya üzrə ən yüksək nəticə göstərən üç komanda qalib elan olunub. Bununla yanaşı, iştirakçılar müxtəlif xüsusi nominasiyalar üzrə də mükafatlandırılıblar. Münsiflər heyəti komandaları “Ən yaxşı təqdimat”, “Ən kreativ ideya”, “Ən innovativ ideya”, “Ən yaxşı məhsul dizaynı”, “Ən yaxşı səhnə çıxışı”, və “Ən uğurlu brend adı” nominasiyaları üzrə qiymətləndirib.

Çempionatın təqdimat mərhələsindən sonra ənənəvi “MiniBoss Bazar” təşkil olunub. Sərgi-satış formatında keçirilən bu platformada tələbələr öz məhsul və xidmətlərini tədbir qonaqlarına təqdim edərək real satış həyata keçirmək imkanı əldə ediblər. Bu mərhələ gənc sahibkarların satış təcrübəsi qazanmasına və müştərilərlə birbaşa ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə şərait yaradıb.

Qeyd edək ki, cari ilin aprel ayında keçirilən Startap Forumunda iştirakçı komandalar öz biznes və sosial layihələrini yerli biznes ictimaiyyətinin tanınmış nümayəndələri, sahibkarlar və investorlar qarşısında təqdim ediblər. Münsiflər heyətinin qiymətləndirməsi əsasında seçilən layihələrə qrant dəstəyi ayrılıb. Komandalar həmin vəsaitlərdən ilkin kapital kimi istifadə edərək layihələrini reallaşdırıb və əldə etdikləri nəticələri Milli Çempionatda nümayiş etdiriblər.

“Miniboss Business School” qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcüd olan yeganə məktəbdir. Məktəb  özünəməxsus metodikasına əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan MINIBOSS BUSINESS SCHOOL hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında STARTUP Forum, Milli və Dünya çempionatları təşkil edir. Xatırladaq ki, bu il Dünya Çempionatı isə 9-12 iyul tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək.

Gənc sahibkarların ən yaxşı layihələri müəyyənləşdi Gənc sahibkarların ən yaxşı layihələri müəyyənləşdi Gənc sahibkarların ən yaxşı layihələri müəyyənləşdi Gənc sahibkarların ən yaxşı layihələri müəyyənləşdi Gənc sahibkarların ən yaxşı layihələri müəyyənləşdi Gənc sahibkarların ən yaxşı layihələri müəyyənləşdi