General yüksək vəzifəyə təyin edildi
Gündəm
Dövlət Sərhəd Xidmətində (DSX) daha bir generala yüksək vəzifə verilib.
News24.az xəbər verir ki, bununla bağlı müvafiq Əmr imzalanıb.
Əmrə əsasən, general-mayor Aqil Babayev Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Baş İdarə rəisi təyin edilib.
Qeyd edək ki, A.Babayev əvvəllər DSX Akademiyasının rəisi, daha sonra Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi işləyib. O, “İgidliyə görə”, “Vətən uğrunda" medalları ilə təltif edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl general-mayor Azad Abdullayev DSX-nin Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi təyin edilib.(qafqazinfo)