Globalinfo.az-ın 3 yaşı tamam olur
Gündəm
Noybrın 15-də Globalinfo.az saytının 3 yaşı tamam olur.
News24.az xəbər verir ki, Globalinfo.az saytı 2022-ci ilin avqust ayında yaradılıb.
15 sentyabr 2022-ci il tarixdə test rejimindən online rejimə keçib. 2022-ci ilin 15 noyabrında saytın fəaliyyəti ictimaiyyətə açıqlanıb.
Saytının təsisçisi Əməkdar jurnalist Azər Ayxandır.
Sayt qısa müddətdə ölkə informasiya məkanında özünəməxsus mövqe qazanaraq, oxucuların etimadını doğrultmağı bacarıb.
Saytda siyasət, iqtisadiyyat, sosial, hərbi, mədəniyyət, idman, səhiyyə, kriminal, şou-biznes sahələri üzrə ölkədə, regionda və dünyada baş verən ən mühüm xəbərlər yer alır.
Ad günü ilə bağlı təəssüratlarını sosial şəbəkə hesabında bölüşən Azər Ayxan bildirib ki, bu müddətdə ortaya ciddi və sanballı iş qoymağa çalışıblar:
“Nə dərəcədə bacardıq, nail olduq, bunu oxucu deyə bilər, peşəkarlar, media mütəxəssisləri söyləyə bilər. Özümüzə gəlincə... Düşünürük, uğurlu alınıb. Bu şərtlərdə, bu imkanlarla 3 ilə nə etmək mümkündürsə, onu edə bilmişik inancındayıq. Daha yaxşı nəticələr üçün çalışırıq”.
News24.az kollektivi olaraq, Globalinfo əməkdaşlarını təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!