Gömrükdə vəzifəli şəxslərə kompensasiya və müavinət verilməsi qaydası hazırlanacaq

Gömrükdə vəzifəli şəxslərə kompensasiya və müavinət verilməsi qaydası hazırlanacaq Gündəm

Gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatı ilə bağlı əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləğləri və təyin edilmə qaydası hazırlanacaq.

News24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatı ilə bağlı əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləğləri və təyin edilmə qaydası barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.