Goranboyda olan partlayışla bağlı sakinlər təxliyə edildi

Goranboyda olan partlayışla bağlı sakinlər təxliyə edildi Gündəm

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayışla bağlı sakinlər təxliyə edilib.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Goranboy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Seymur Nazarov deyib.

O, sakinlərin təhlükəsiz əraziyə təxliyə olunduqlarınlı deyib. Məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.