Göygöldə zəhərlənənlərlə bağlı - YENİ XƏBƏR

Göygöldə zəhərlənənlərlə bağlı - YENİ XƏBƏR Gündəm

Göygöl Rayon Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi şübhəsilə müraciət edən hər bir şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

News24.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Xatırladaq ki, avqustun 11-də Göygöl Rayon Mərkəzi Xəstəxanasına 3 fərqli ərazidən qida zəhərlənməsi şübhəsi ilə 52 nəfər müraciət edib.