Güclü partlayış maqnit fırtınası yaratdı - Rabitə kəsilə bilər

Güclü partlayış maqnit fırtınası yaratdı - Rabitə kəsilə bilər Gündəm

Günəşdə baş vermiş güclü partlayış nəticəsində Yerlə Günəş arasında maqnit fırtınası yaranıb.

Bu barədə News24.az Türkiyə KİV-lərinə istinadən xəbər verir. Mütəxəssislər bildirirlər ki, bu hadisə səbəbilə qarşıdakı 24–48 saat ərzində radio, GPS və internet əlaqəsində qısamüddətli pozuntular ola bilər.

ABŞ-nin Milli Okean və Atmosfer İdarəsi (NOAA) hadisəni G3 səviyyəli güclü maqnit fırtınası kimi qiymətləndirib. Bu səviyyə həyat üçün təhlükəli olmasa da, peyk rabitəsində və enerji xətlərində qısa fasilələr yarada bilər.

Qütb işıqlarının isə bu dəfə Türkiyənin şimal bölgələrindən də müşahidə oluna biləcəyi bildirilir.

Elm adamları qarşıdakı iki günün kritik olduğunu və Günəşdəki aktivliyin davam edəcəyini açıqlayıb.