Gürcüstan 83 əcnəbini deportasiya etdi - Azərbaycanlı da var
Gündəm
Son günlər ərzində Gürcüstandan 83 xarici ölkə vətəndaşı deportasiya edilib.
News24.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Deportasiya olunanlar arasında Azərbaycan, Türkmənistan, Türkiyə, Rusiya, Efiopiya, Misir, İraq, Hindistan, Burundi, Pakistan, Keniya, Bolqarıstan, Banqladeş, İordaniya, Nigeriya, Ermənistan, Özbəkistan, Çin və digər ölkələrin vətəndaşları var.
Məlumata görə, qüvvədə olan qanunvericiliyə əsasən, ölkədən çıxarılan şəxslərin Gürcüstana yenidən daxil olmasına qadağa tətbiq edilib.