Gürcüstan Azərbaycan vətəndaşlarını deporstasiya etdi

Gürcüstan Azərbaycan vətəndaşlarını deporstasiya etdi Gündəm

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 55 əcnəbi vətəndaşı ölkədən deportasiya ediblər.

News24.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, deportasiya olunanlar arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İraq, Pakistan, Rusiya, Sudan, Somali, Tailand, Türkiyə, Türkmənistan, Özbəkistan və digər ölkələrin vətəndaşları var.

Deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Qeyd edək ki, son vaxtlar Gürcüstanda qanunsuz miqrasiya ilə mübarizə gücləndirilib.

Parlament miqrasiya qanunvericiliyini sərtləşdirərək deportasiya və miqrantların axtarışı prosedurlarını sadələşdirib.

Gürcüstan DİN demək olar ki, hər ay onlarla xarici vətəndaşın ölkədən çıxarıldığını açıqlayır.