Gürcüstanda bu aviareyslər təxirə salındı
Gündəm
Gürcüstanda güclü qar və çovğun nəticəsində bu gün Batumi Beynəlxalq Hava Limanında 8 aviareys təxirə salınıb.
News24.az xəbər verir ki, hava limanı bu barədə açıqlama yayıb.
Məlumatda bildirilib ki, əlverişsiz hava şəraiti səbəbindən Batumi-İstanbul uçuşları artıq üçüncü gündür ki, reallaşdırılmır. Uçuşların nə vaxt cədvəl üzrə planlaşacağı isə məlum deyil. /milli.az