“Hababam sınıfı”nın məşhur aktyoru - VƏFAT ETDİ

“Hababam sınıfı”nın məşhur aktyoru - VƏFAT ETDİ Gündəm

Türkiyənin tanınmış aktyoru Tuncay Akça vəfat edib.

News24.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirib ki, buna səbəb aktyorun infarkt keçirməsi olub.

T.Akça məşhur “Hababam sınfı” filmində oynadığı “Bacaksız” obrazı ilə tanınıb. Qeyd edək ki, o, 1963-cü ildə Kastamonu şəhərində anadan olub.