Hakan Fidan Bakıya gəldi- YENİLƏNDİ

Hakan Fidan Bakıya gəldi- YENİLƏNDİ Gündəm

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanda səfərdədir.

News24.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Türkiyəli nazir Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tərəfindən qarşılanıb.

Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcəyi CICA-nın VII Zirvə toplantısında iştirak etmək üçün Bakıya gəlib./Apa.az

14:25

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Azərbaycana səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, o, Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM (CICA)) Dövlət və Hökumət Başçıları Şurasının 7-ci sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.

Hakan Fidanın Zirvə Görüşündə çıxış etməsi və ikitərəfli görüşlər keçirməsi gözlənilir.