"İhamla Fərizənin otağında bir cüt göyərçin gördük" - Şəhid bacısı inanılmaz sirri açdı

 "İhamla Fərizənin otağında bir cüt göyərçin gördük" - Şəhid bacısı inanılmaz sirri açdı Gündəm

“Yanvarın 20-i, səhər saat 7-də bizə xəstəxanadan zəng gəldi. Dedilər ki, Aslan ayağından yüngül yaralanıb. Heç vaxt yadımdan çıxmaz, anam evdən çıxana kimi dua edirdi ki, əlil arabasında gəlsin, amma balalarının yanında olsun. Orada bəlli oldu ki, atam ayağından yox, qarın nahiyəsindən yaralanıb”.

News24.az xəbər verir ki, 20 Yanvar şəhidi Aslan Ağaverdiyevin qızı aktrisa Məsmə Aslanqızı RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində atası ilə bağlı xatirələrini danışıb.

Verilişdə həmçinin 20 Yanvar faciəsi zamanı şəhid olan İlham Allahverdiyevin taleyi ilə bağlı da bəzi yeni detallar açıqlanıb.

Verilişdə çıxış edən şəhidin bacısı Gülbəniz Allahverdiyeva qardaşı Elxanın hələ də hər il İlhamın şəhid olduğu yerə getdiyini və ora güllər düzdüyünü danışıb.

daha ətraflı videoda: