Hazırda 19 yolda tıxac var - SİYAHI

Hazırda 19 yolda tıxac var - SİYAHI Gündəm

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

7. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

8. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

10. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

14. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

15. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

16. Mirzə Qədim İrəvani küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;

17. Mirzəağa Əliyev küçəsi, Səməd Vurğun küçəsi ilə kəsişməyədək;

18. "Qələbə" dairəsi, Mətbuat prospekti istiqamətində;

19. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.