Həkəridə batan kişinin axtarışları davam edir - Video
Gündəm
Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan kişinin axtarışları davam edir.
News24.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Ətraflı
Hazırda vətəndaş - 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.