Həştərxanda Şahin Mustafayev Overçukla birgə iclas keçirəcək

Həştərxanda Şahin Mustafayev Overçukla birgə iclas keçirəcək Gündəm

Baş nazirin müavini Şahin Mustafayev və onun rusiyalı həmkarı Aleksey Overçuk Həştərxanda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasını keçirəcəklər.

News24.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. 

"Həştərxanda Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçirilir. Nümayəndə heyətlərinə komissiyanın həmsədrləri: Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev rəhbərlik edirlər", - məlumatda deyilir.