Heydər Əliyev prospektində qəza: nəqliyyatın hərəkəti çətinləşdi
Gündəm
Bakının Nizami rayonu ərazisində, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, qəza səbəbindən prospektin hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda ərazidə polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi istiqamətində tədbirlər görülür.